İsrail min mobil sığınacaq tikmək planını təsdiqləyib
İsrail hökuməti 1000 yeni mobil sığınacaq tikmək və 500 mövcud sığınacaqları təmir etmək planını təsdiqləyib.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin bəyanatına istinadən "Times of Israel" nəşri yazıb.
“İsrail hökuməti Müdafiə Nazirliyi və Daxili Cəbhə Komandanlığının 500 ictimai bomba sığınacağının təmiri və ölkə daxilində 1000 səyyar yol kənarında sığınacaq yerləşdirilməsi planını təsdiqləyib”, - nəşr yazır.
Qeyd edilir ki, təmiri planlaşdırılan sığınacaqlar əsasən İsrailin son günlər İran tərəfindən dəfələrlə atəşə tutulan mərkəzi hissəsində yerləşir və yeni mobil sığınacaqlar ölkə boyu həssas ərazilərə göndəriləcək. Bütün planın həyata keçirilməsi dövlətə təxminən 28,6 milyon dollara başa gələcək.
Oxşar xəbərlər
İsrail hakimiyyəti Colan təpələrinin inkişaf planını təsdiqləyib
KİV: İsrail ordusu Qəzzaya yeni hücum planını təsdiqləyib
İsrail İran və "Hizbullah"ın hücumlarına qarşı müdafiə planını təsdiqləyib
İsrail Azərbaycana yeni səfir təyin edib
Norveç Rusiya ilə müharibə təhlükəsi səbəbindən bomba sığınacaqları tikəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













