İsrail Azərbaycana yeni səfir təyin edib
İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri olub.
“Sizinxeber.az”un xəbərinə görə, İsrail hökuməti yəhudi dövlətinin xaricdəki yeni səfirləri və konsulları vəzifəsinə xarici nümayəndəliklərin rəhbərlərinin təyin olunması üzrə komitənin tövsiyə etdiyi və ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Qideon Saar tərəfindən təqdim edilən 12 namizədi yekdilliklə təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan və İsrail arasında diplomatik əlaqələr 1992-ci ildən mövcuddur. İsrailin Azərbaycandakı Səfirliyi 1993-cü ilin avqustunda açılıb. İsrail Azərbaycandan ikinci ən böyük neft idxalçısıdır. Bundan əlavə, iki ölkə arasında müdafiə sektorunda sıx əməkdaşlıq mövcuddur.
Oxşar xəbərlər
İsrail parlamenti Müdafiə və Xarici İşlər nazirliklərinin yeni rəhbərlərini təsdiqləyib
İsrailin Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib
İsrail və Britaniya XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
