İsrail hakimiyyəti Colan təpələrinin inkişaf planını təsdiqləyib
sizinxeber.az xəbər saytı

İsrail hakimiyyəti Colan təpələrinin inkişaf planını təsdiqləyib


İsrailin baş naziri Benyamin Netanyahunun hökuməti Colan təpələrinin inkişafı planını təsdiqləyib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, qərar Colan Təpələrində yaşayış məntəqələrini, o cümlədən təhsil, bərpa olunan enerji, tələbə kəndinin yaradılması və yeni sakinlərin qəbulunda Colan Təpələri Regional Şurasına kömək edəcək təşkilati inkişaf proqramı üzrə məsələlərin həllini gücləndirəcək.

Ofis planın həyata keçirilməsi üçün 40 milyon şekel (təxminən 18 867 000 manat) ayrılacağını açıqlayıb. Təşəbbüsün məqsədi Colan təpələrinin əhalisini iki dəfə artırmaqdır.

Oxşar xəbərlər

KİV: İsrail Colan təpələrinə hücumdan sonra Livanla genişmiqyaslı müharibə planlaşdırmır
Netanyahu: Colan təpələri əbədi olaraq İsrailin hakimiyyəti altında qalacaq
Netanyahu: Colan təpələri həmişə İsrailin bir hissəsi olacaq
İsrail Colan yüksəkliklərindəki yaşayış məntəqələrində demoqrafik artımı stimullaşdıracaq
İsrail “Hizbullah”a qarşı iki hava hücumu həyata keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər