İsrail İran və "Hizbullah"ın hücumlarına qarşı müdafiə planını təsdiqləyib
sizinxeber.az xəbər saytı

İsrail İran və "Hizbullah"ın hücumlarına qarşı müdafiə planını təsdiqləyib


İsrail İran və "Hizbullah"ın hücumlarına müxtəlif cəbhələrdə hazırlaşır.

Sizinxeber.az "Times of Israel"ə istinadən xəbər verir ki, İsrail ordusunun (IDF) Baş Qərargah rəisi general-leytenant Herzi Halevi vəziyyətlə bağlı qiymətləndirmə aparıb və “müxtəlif cəbhələr” üçün planları təsdiqləyib.

"Qərargah rəisi hücum və müdafiə üçün yüksək hazırlıq və qiymətləndirmə səylərinin davam etdirildiyini vurğulayıb", Qərargahdan bildirilib.

Vəziyyətin qiymətləndirilməsi ilə bağlı iclasda IDF qərargah rəisinin müavini, Kəşfiyyat və Əməliyyat idarələrinin rəhbərləri, Şimal Komandanlığının rəhbəri, Hərbi Hava Qüvvələrinin rəisi, Daxili Cəbhə Komandanlığının rəisi və digər yüksək səviyyəli zabitlər iştirak ediblər.

Oxşar xəbərlər

İsrail HHQ hücuma hazır olması barədə xəbərdarlıq edilib
İsrail və ABŞ müdafiə nazirləri telefonla danışıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər