Çin XİN: İranın nüvə obyektlərinə hücum fəlakətli ola bilər
sizinxeber.az xəbər saytı

Çin XİN: İranın nüvə obyektlərinə hücum fəlakətli ola bilər


İranın nüvə obyektlərinə hücum fəlakətli nəticələrə səbəb ola bilər.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı deyib.

"İsrailin hərəkətləri BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, beynəlxalq münasibətlərin əsas normalarını ciddi şəkildə pozub", - V.İ bildirib.

Nazir əlavə edib ki, Çin İsrailə təsiri olan ölkələri sülhü bərpa etmək üçün əməli səylər göstərməyə çağırır.

V.İ həmçinin qeyd edib ki, Çin İranın suverenliyini, qanuni hüquq və mənafelərini dəstəkləyir.

Çinin baş diplomatı vurğulayıb ki, Pekin vəziyyətin yumşaldılmasında konstruktiv rol oynamağa davam etmək üçün Tehran və müvafiq tərəflərlə əlaqə saxlamağa hazırdır.

Oxşar xəbərlər

Bayden İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləməyib
Kaya Kallas və Abbas Əraqçi İsrail-İran qarşıdurmasını müzakirə ediblər
İran nüvə obyektlərinə nəzarətin artırılması üçün ABŞ-yə şərt qoyub
KİV: İsrail İranın nüvə obyektlərinə hücumlardan çəkinəcək
İran dünya birliyini İsrailin təhdidlərinə qarşı tədbirlər görməyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle