NYT: Tramp miqrantların saxlanılmasını dayandırmağı əmr edib
sizinxeber.az xəbər saytı

NYT: Tramp miqrantların saxlanılmasını dayandırmağı əmr edib


ABŞ Prezidenti Donald Trampın administrasiyası aqrar sektorda, həmçinin mehmanxana və restoran biznesində çalışan qanunsuz miqrantların saxlanılmasını dayandırmağı əmr edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) regional bölmələrinin rəhbərləri müvafiq göstərişi cümə axşamı alıblar.

“Bu gündən etibarən, xahiş olunur, kənd təsərrüfatı, restoran və mehmanxanalardakı iş yerlərinə təsir edən bütün təhqiqatları və əməliyyatları dayandırın”, – qəzet sərəncamın mətnindən sitat gətirib. ICE əməkdaşları “insan alveri, çirkli pulların yuyulması və narkotik qaçaqmalçılığı” ilə bağlı təhqiqatları davam etdirə bilərlər, lakin onlar ABŞ ərazisində qanunsuz olmaqdan başqa heç bir cinayət törətməyən qanunsuz miqrantları saxlamamalıdırlar.

Nəşrə görə, Tramp administrasiyasının bu addımı qanunsuz miqrantların kütləvi deportasiyası kampaniyasının Amerika biznesinə və aqrar sənayesinə zərər verdiyini göstərir. Keçmiş ABŞ rəsmisinin qəzetə bildirdiyinə görə, Trampa ilk prezidentlik müddətində bəzi respublikaçıların sərt miqrasiya siyasətinin Amerika kənd təsərrüfatı sənayesinə zərər verə biləcəyi ilə bağlı narahatlıqları barədə mütəmadi olaraq məlumat verilib.

Oxşar xəbərlər

Tramp ABŞ-dən deportasiya edilən qanunsuz miqrantların sayının az olmasından narazıdır
WSJ: Tramp andiçmənin ertəsi günü miqrantların deportasiyasına başlayacaq
Tramp qanunsuz miqrantların ABŞ – Meksika sərhədini keçməsini qadağan edib
ABŞ qanunsuz miqrantları daşıyan təyyarəni Hindistana göndərib
XİN müavini: ABŞ-dən qanunsuz miqrantların deportasiyası minlərlə polyaka təsir edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər