Ukrayna Ordusunun rəsmisi: Ölkəmiz Rusiyanın PUA-ların sayını artırmasına hazır olmalıdır
Ölkəmiz Rusiyanın pilotsuz uçuş aparatlarının sayını artırmasına hazır olmalıdır.
APA “unian”a istinadən xəbər verir ki, bunu Ukrayna Ordusu Komandanlığının Kommunikasiya İdarəsinin rəisi Yuri İqnat açıqlayıb.
Bildirilib ki, yaxın vaxtlarda Rusiya Uktayna ərazisinə 1000-ə yaxın pilotsuz uçuş aparatı ilə hücum edəcək. Həmin dronların növünün hələ məlum olmadığı bildirilib.
Y. İqnat vurğulayıb ki, ölkəsi Rusiya tərəfinin hücumlarda istifadə etdiyi pilotsuz uçuş aparatlarının sayını artırmasına hazır olmalıdır.
Ukrayna Hərbi Hava Qüvvələri Ordu Komandanlığından isə bildirilib ki, Y. İqnat tərəfindən Rusiyanın Ukrayna ərazisinə 1000-ə yaxın pilotsuz uçuş aparatı ilə hücum edəcəyi barədə açıqlama verilməyib. Qeyd olunub ki, onun fikirləri əslində təhrifə məruz qalıb: “Yuri İqnat xalqı Rusiya tərəfinin 1000 pilotsuz uçuş aparatı ilə hücuma hazırlaşdığı barədə xəbərlərlə qorxutmaq lazım olmadığını, lakin PUA-ların sayını artırmağın zəruriliyini söyləyib”.
Oxşar xəbərlər
Ukrayna SQ: Rusiya gecə Ukrayna istiqamətdə 400-dən çox dron və 44 raket buraxıb
Ukrayna Rusiyanın “Şahed” PUA-larının hücumuna məruz qalıb
KİV: Ukrayna Kurskda Rusiyanın PUA bazasını vurub: 20-yə yaxın hərbçi ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
-
Günəşdə güclü partlayış oldu
