Sizinxeber.az » DÜNYA » Avropa » Zelenski: İtkilər Rusiyanı danışıqlar masasına oturmağa məcbur edəcək

Zelenski: İtkilər Rusiyanı danışıqlar masasına oturmağa məcbur edəcək

İtkilər və hərbi potensialı azaltmaq Rusiyanı real diplomatiya ilə razılaşmağa məcbur etməlidir.


APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Buxarest doqquzluğu" və Skandinaviya ölkələrinin sammitində bildirib.


"Bu, xüsusi məqamdır. Bir tərəfdən Rusiya yay hücumuna başlayıb, digər tərəfdən isə diplomatiya ilə məşğul olmağa məcburdur. Bu, bizim hamımız üçün həm çağırış, həm də real fürsətdir. Bu, bu müharibəni bitirməyə çalışmaq üçün bir şansdır", - Zelenski bildirib.


Zelenskinin sözlərinə görə, Avropa və ABŞ birlikdə Rusiyadan daha yaxşı silahlara malikdir.


"Bizim daha güclü taktiki həllərimiz də var. "Pautina" əməliyyatımız bunu dünən sübut etdi. Rusiya itki vermənin nə demək olduğunu dərk etməlidir. Bu, onu diplomatiyaya doğru sövq edəcək", - Ukrayna lideri vurğulayıb.


O qeyd edib ki, Rusiyanın müharibədə itkiləri Ukraynanın təkcə özünü deyil, bütün Avropanı müdafiə etdiyini göstərir.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !