Zelenski: Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır
"Beynəlxalq ictimaiyyət onun üzərində təzyiqi artırmasa Rusiya Ukraynaya qarşı müharibəni dayandırmaq üçün real addımlar atmayacaq."
Sizinxeber.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz "X" hesabında yazıb.
O, qeyd edib ki, Moskva artıq 54 gündür ABŞ-ın tam atəşkəs təklifini görməzdən gəlir.
Zelenski bildirib ki, Kiyev üçün atəşkəs istənilən anda mümkündür, lakin diplomatiyaya real şans vermək üçün bu atəşkəs ən azı 30 gün davam etməlidir:
"Putin tanklarını paradda nümayiş etdirmək istəyə bilər, amma o, müharibəni necə bitirmək barədə düşünməlidir. Üç əsas şey vacibdir: Rusiyaya qarşı sərt sanksiyalar, Ukraynaya dəstəyin davamı və Avropada müdafiə əməkdaşlığının əhəmiyyətli dərəcədə gücləndirilməsi. Rusiya başa düşməlidir ki, avropalılar özlərini müdafiə edə bilərlər.", - o bildirib.
Oxşar xəbərlər
Zelenski: Rusiyaya qarşı sanksiyaların ləğvi diplomatiya üçün fəlakət olar
Zelenski: Ukrayna Rusiya ilə atəşkəsin Pasxadan sonra da davam etdirilməsini istəyir
Zelenski Rusiyaya atəşkəs üçün yeni format təklif edib
Zelenski: "Rusiya hücumları bərpa edib və dünyanı aldatmağa çalışır"
Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













