Zelenski Rusiya bazalarına qarşı əməliyyatın təfərrüatlarını açıqlayıb
Ukrayna prezidenti Volodimir Zelenski bu gün öz “Telegram” hesabında Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyukla görüşünü əks etdirən fotoşəkil paylaşaraq keçirilən uğurlu əməliyyata görə ona təşəkkür edib.
APA xəbər verir ki, Zelenski Rusiya aviasiyasının bugünkü kütləvi məğlubiyyətini müharibə zamanı ölkənin ən uzun mənzilli əməliyyatı adlandırıb.
O həmçinin Malyuka əməliyyatın açıqlana biləcək təfərrüatları və nəticələri barədə ictimaiyyətə məlumat verilməsini tapşırıb.
Zelenskinin sözlərinə görə, planlaşdırmanın əvvəlindən əməliyyatın effektiv həyata keçirilməsinə qədər bir il, altı ay və doqquz gün keçib.
"Əlbəttə, indi hər şeyi deyə bilmərik, amma bunlar Ukraynanın hərəkətləridir ki, onlar mütləq tarix kitablarında qalacaq. Ukrayna özünü müdafiə edir və tamamilə haqlıdır - biz hər şeyi edirik ki, Rusiya bu müharibəni bitirmək ehtiyacını hiss etsin. Rusiya bu müharibəni başlatdı və Rusiya buna son qoymalıdır. Ukraynaya eşq olsun!"
Qeyd edək ki, bu gün Ukrayna ordusu müharibə başlayandan bəri Rusiyanın aviasiya infrastrukturuna qarşı “Veb” adlı genişmiqyaslı əməliyyat həyata keçirib. Əməliyyat zamanı Rusiya ərazisindəki “Dyagilevo”, “Olenya”, “İvanovo-Severnı” və “Belaya” Hərbi Hava Qüvvələrinin bazalarına zərbələr endirilib.
Oxşar xəbərlər
Kreml Ukrayna hərbçilərinin Belqorodda olmasına dair məlumatları şərh etməyib
Zelenski: Çin Rusiyaya Ukrayna ilə müharibədə istifadə üçün silah göndərir
Zelenskinin Baltikyanı ölkələrə səfəri başlayıb
Zelenski Ukraynanın mümkün qədər tez sülh istədiyini deyib
Zelenski müharibə zamanı həlak olan hərbçilərin sayını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













