Zelenski Trampa cavab verib: Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-lı həmkarı Donald Trampın çağırışına cavab olaraq bildirib ki, mayın 15-də Türkiyədə danışıqlara hazırdır amma şəxsən Rusiya lideri Vladimir Putinlə.
Sizinxeber.az "Unian"a istinadən xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında paylaşım edib.
Zelenski həmçinin 12 may tarixindən etibarən atəşkəs razılaşmasından imtina etmədiyini də vurğulayıb.
“Biz sabahdan etibarən tam və uzunmüddətli atəşkəsi gözləyirik ki, diplomatiya üçün zəruri zəmin yaransın. Qətlləri uzatmağın mənası yoxdur. Və Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə görüşə gəlməmək üçün bəhanə axtarmayacaqlar”, – deyə Zelenski yazıb.
Oxşar xəbərlər
Zelenski İstanbulda Putinlə şəxsən görüşməyə hazırdır
Zelenski: Ukrayna istənilən formatda danışıqlara hazırdır
Zelenski: Moskva sabahdan atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır
Zelenski Trampın Putinlə telefon danışığına münasibət bildirib
Zelenski: Tramp Putini dayandıra bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
