Kobaxidze: AŞPA-da Gürcüstanla bağlı müzakirələr bizim üçün maraqlı deyil
Gürcüstan Baş naziri İrakli Kobaxidze AŞPA-da Gürcüstanla bağlı müzakirələrin aparılmasına münasibət bildirib.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı AŞPA-nın qərarının Gürcüstan hakimiyyəti üçün maraqlı olmadığını qeyd edib.
“Bizim üçün maraqlı deyil, Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırdığımızı bildirmişik. İndi onların qərar vermək üçün praktiki olaraq heç bir şeyləri yoxdur. Bizim AŞPA-da fəaliyyətimiz dayandırılıb" - Kobaxidze bildirib.
Qeyd edək ki, aprelin 10-da AŞPA-da Gürcüstanla bağlı debat keçiriləcək. Müzakirələr zamanı Gürcüstan nümayəndə heyətinin mmandatları ilə bağlı 29 yanvarda qəbul edilmiş qətnamədən sonrakı vəziyyətə diqqət yetiriləcək.
Xatırladaq ki, Gürcüstan nümayəndə heyəti qətnamənin qəbul edildiyi gün. - yanvarın 29-da AŞPA-da fəaliyyətini dayandırdığını bəyan edib.
Oxşar xəbərlər
AŞPA-nın yaz sessiyasında Gürcüstandakı vəziyyətlə bağlı debat keçiriləcək
Russopoulos: Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir
Gürcüstanın nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb
Kobaxidze: Avropa Parlamentinin qətnaməsi bizim üçün tamamilə dəyərsizdir
Papuaşvili: AŞPA öz fundamental dəyərlərinə qayıtmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













