Bakalavrlar ADPU-da 31 ixtisaslaşmadan 8-ni seçə bilərlər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
iy
2026
02:30
ff aaaaaaa

Bakalavrlar ADPU-da 31 ixtisaslaşmadan 8-ni seçə bilərlər

22 iy, 2026
02:30
439

Bakalavrlar ADPU-da 31 ixtisaslaşmadan 8-ni seçə bilərlər

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimində iştirak edən ixtisasından asılı olmayaraq bütün bakalavrlar Pedaqoji Universitetdə qəbul aparılan 31 ixtisaslaşmadan 8-ni seçə bilərlər.

Bu barədə "Report"a Pedaqoji Universitetdən məlumat verilib.

"Bu ixtisaslaşmalar Gənclərlə iş (1,5 il), Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş, Əhalinin müxtəlif qrupları ilə sosial iş, Fəlsəfə tarixi, Ümumi idarəetmə (MBA, 2 il), Ümumi idarəetmə (MBA, 1,5 il), Marketinq (MBA, 2 il) və Marketinq (MBA, 1, 5 il) ixtisaslaşmalarıdır", - məlumatda bildirilib.

Posterdə bu ixtisaslaşmaların hər biri üzrə minimum test balı, plan yeri və dövlət sifarişi və ödənişli əsaslar üzrə ötən il formalaşan keçid balı göstərilir.

Qeyd edək ki, cədvəldə keçid balı göstərilməyən Əhalinin müxtəlif qrupları ilə sosial iş və Fəlsəfə tarixi ixtisaslaşmalarına bu il ilk qəbul həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul