Russopoulos: Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir
Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu AŞPA-nın prezidenti Teodoros Russopoulos jurnalistlərə açıqlamasında deyib.
O, Gürcüstan nümayəndə heyətinin etimadnaməsinin təsdiqləndiyini, bu səbəbdən də assambleyada iştirakın seçim deyil, öhdəlik olduğunu vurğulayıb:
“Parlament Assambleyası qismən razılaşma deyil, bu, iştirakı seçim deyil öhdəlik olan nizamnamə orqanıdır. Etimadnamələr qəbul edildiyindən onlar assambleyada olmalıdırlar. Bu onların öhdəliyidir”.
Russopoulos məsələnin ötən gecə hərtərəfli müzakirə edildiyini, qarşıdakı həftələrdə də müzakirə ediləcəyini, qərarın AŞPA-nın apreldəki sessiyasında qəbul ediləcəyini qeyd edib.
Oxşar xəbərlər
Teodoros Rusopulos yenidən AŞPA-nın prezidenti seçilib
Gürcüstanın nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb
Gürcüstan nümayəndə heyətinin mandatının qəbul edilməməsi məsələsi AŞPA-nın gündəliyinə salınıb
Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













