Gürcüstanın nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
yan
2025
23:50

Gürcüstanın nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb

29 yan, 2025
23:50
898

Gürcüstanın nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb

Gürcüstan parlamentinin nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Gürcüstan nümayəndə heyətinin rəhbəri, Gürcüstan parlamentinin vitse-spikeri Tea Tsulukianinin bəyanatında deyilir.


“Gürcüstan hakimiyyətinin əleyhdarları gürcü nümayəndə heyətinin etimadnaməsinin AŞPA-da ümumiyyətlə tanınmamasını istəyirdilər, lakin qurum etimadnamələri tanıyıb, amma müəyyən şərtlərlə, bunlardan biri də yeni parlament seçkilərinin keçirilməsi olub. Bütün qeyd olunanları nəzərə alaraq, biz, Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri, Strasburq və Tbilisidə müzakirələr apardıq və “Gürcü Arzusu” komandasının ümumi qərarı ilə, səlahiyyətlərimizin təsdiq olunmasına baxmayaraq, bu gündən etibarən Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırırıq”, - bəyanatda deyilir.

Qeyd edək ki, qısa müddət öncə AŞPA-da Gürcüstan hakimiyyətini yeni parlament seçkiləri keçirməyə çağıran qətnamə qəbul edilmişdi.

Tsulukiani qeyd edib ki, Gürcüstan nümayəndə heyəti “ölkəyə və onun xalqına qarşı şantaj dayandırıldıqdan” sonra Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini bərpa edəcək.

Bizimlə əlaqə saxlayın