Rumıniya ölkənin hava məkanında ikinci PUA-nı vurdu » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
iy
2026
13:01
ff aaaaaaa

Rumıniya ölkənin hava məkanında ikinci PUA-nı vurdu

25 iy, 2026
13:01
681

Rumıniya ölkənin hava məkanında ikinci PUA-nı vurdu

Rumıniya Ukrayna ilə sərhəddə, Dunay çayı deltası ərazisində ölkənin hava məkanını pozan, iki gün ərzində ikinci pilotsuz uçuş aparatını (PUA) vurub.

Sizinxeber.Az xəbər verir ki, bu barədə ölkə Prezidenti Nikuşor Dan sosial şəbəkə səhifəsində məlumat verib.

O qeyd edib ki, PUA yerli vaxtla 08:30-da (Bakı vaxtı ilə 9:30-da) Sfıntu-George şəhərindən təxminən 10 km qərbdə vurulub.

Rumıniya prezidenti vurğulayıb ki, PUA "F-16" qırıcılarından istifadə edilməklə vurulub. Bununla belə, dronun mənşəyi dəqiqləşdirilmir.

Qeyd edək ki, ötən gün Rumıniya lideri ölkənin hava məkanına qanunsuz daxil olan dronun vurulduğunu bəyan etmişdi.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul