PUA hücumundan sonra Rusiyanın neft bazasında yanğın baş verib
PUA hücumundan sonra Rusiyanın neft bazasında yanğın baş verib
Ukraynanın pilotsuz uçuş aparatları ilə (PUA) hücumu nəticəsində Rusiyanın Krasnodar diyarının Armavir şəhərindəki neft bazasının ərazisində 800 kv.m sahədə yanğın baş verib.
"Sizinxeber.az" yerli mediaya istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasından bildirilib.
"Bu gün Armavir ən irimiqyaslı hücumlardan birinə məruz qalıb: Şimal sənaye zonasındakı neft bazasına 16-dan çox pilotsuz aparat hücum edib. Operativ xidmətlərin məlumatına görə, zərbə nəticəsində obyektin ərazisində yanğın baş verib, onun sahəsi təxminən 800 kvadratmetrə çatıb. Bütün təcili xidmətlər dərhal hadisə yerində işə başlayıb", - məlumatda deyilir.
Fəsadların aradan qaldırılması üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin 9 xüsusi texnikası və 40-dan çox əməkdaşı cəlb edilib. Mütəxəssislər yanğının lokallaşdırılması və alovun daha da yayılmasının qarşısının alınması istiqamətində aktiv işlər aparırlar.
