Le Pen növbəti Prezident seçkilərində namizədliyini irəli sürməkdən məhrum edilib - YENİLƏNİB
Fransa məhkəməsi ifrat sağçı lider "Milli Birlik" partiyasının lideri Marin Le Peni, iki il elektron qolbaq taxmaqla, dörd il həbs və 100 min avro cərimə cəzasına məhkum edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
O, həmçinin növbəti Prezident seçkilərində namizədliyini irəli sürməkdən, habelə 5 il siyasətlə məşğul olmaqdan məhrum edilib.
***
13:38
Fransa məhkəməsi ifrat sağçı lider "Milli Birlik" partiyasının lideri Marin Le Peni Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Fransa məhkəməsi məlumat yayıb.
Məhkəmə Le Penin Avropa Parlamentinin 3 milyon avrodan (3,3 milyon dollar) çox vəsaiti özünün “Milli Birlik” partiyasının üzvlərinə ödəmək üçün istifadə etdiyinə qərar verib.
Le Peni beş il müddətinə siyasətdən uzaqlaşdırıla, habelə 2027-ci il prezident seçkilərindən kənarlaşdıra bilər.
Oxşar xəbərlər
Paris məhkəməsi Le Peni Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilib
Rəsmi Moskva Le Pen barədə hökmü Avropada demokratiyanın tapdalanması adlandırıb
Paris məhkəməsi Marin Le Peni parlament köməkçiləri işində təqsirli bilib
Paris prokurorları Marin Le Penin həbs edilməsini tələb ediblər
Fransada məhkəmə Le Peni 2027-ci ildə prezidentliyə namizəd olmaqdan məhrum edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













