Rəsmi Moskva Le Pen barədə hökmü Avropada demokratiyanın tapdalanması adlandırıb
Kreml ifrat sağçı lider "Milli Birlik" partiyasının lideri Marin Le Penə verilən hökmlə bağlı vəziyyəti Fransanın daxili işi hesab edir.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Le Pen barədə məhkəmə qərarı Fransanın demokratiyaya az arxalandığını göstərir.
"Amma ümumilikdə belə qənaətə gəlmək olar ki, Avropa siyasi proseslərdə getdikcə daha az demokratiyaya arxalanır. Avropa paytaxtları getdikcə daha çox demokratik normaları tapdalamaq yolu ilə gedir. Təbii ki, biz Fransanın daxili işlərinə qarışmaq istəmirik, bunu heç vaxt etməmişik və bu, Fransanın daxili işidir. Amma ümumilikdə, Avropa paytaxtları ilə bağlı apardığımız müşahidələr göstərir ki, onlar siyasi proses zamanı demokratiyanın hüdudlarından kənara çıxmaqdan çəkinmirlər", - Kreml sözçüsü vurğulayıb.
Qeyd edək ki, Fransa məhkəməsi ifrat sağçı lider "Milli Birlik" partiyasının lideri Marin Le Peni, iki il elektron qolbaq taxmaqla, dörd il həbs və 100 min avro cərimə cəzasına məhkum edib. O, həmçinin növbəti Prezident seçkilərində namizədliyini irəli sürməkdən, habelə 5 il siyasətlə məşğul olmaqdan məhrum edilib.
Oxşar xəbərlər
Peskov: Moskva Gürcüstanın daxili işlərinə qarışmır
Kreml Suriyadakı Rusiya hərbçilərinin sayını açıqlamayıb
Kreml: Rusiya Gürcüstandakı proseslərə qarışmaq fikrində deyil
Kreml seçki kampaniyası dövründə ABŞ-də vəziyyəti gərgin hesab edir
Peskov: Kreml Pavel Durovun neçə vətəndaşlığa malik olduğunu bilmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













