Fransada məhkəmə Le Peni 2027-ci ildə prezidentliyə namizəd olmaqdan məhrum edə bilər
Fransada “Milli Birlik” siyasi partiyasının lideri Marin Le Pen və partiyanın bəzi üzvlərinə qarşı məhkəmə prosesi başlayır.
“Sizinxeber.az” xarici mətbuata istinadən xəbər verir ki, siyasətçinin atası Jan-Mari Le Pen və daha 23 partiya üzvü Paris islah məhkəməsində mühakimə olunacaq.
Onlar 2004-2016-cı illərdə Avropa İttifaqının dövlət vəsaitlərindən sui-istifadədə ittiham olunurlar.
İddia olunur ki, “Milli Birlik” partiyasının üzvləri pulları əslində yalnız partiyaya işləyən deputat köməkçilərinin işinə sərf ediblər.
Marin Le Pen, digər məsələlərlə yanaşı, Avropa Parlamenti üçün mərkəzləşdirilmiş pulların yuyulması sistemi yaratmaqda ittiham olunur. Ümumi zərərin 6,8 milyon avro olduğu təxmin edilir.
Siyasətçinin günahı sübuta yetirilərsə, onu 10 ilə qədər həbs, 1 milyon avro cərimə və 5-10 il dövlət vəzifəsinə seçilə bilməmək cəzası gözləyir. Belə olan halda o, 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək.
Oxşar xəbərlər
"Telegram"ın təsisçisi Fransada saxlanılıb, onu 20 ilə qədər həbs gözləyir
Le Pen Fransa prezidentinin siyasətini tənqid edib
Fransada 26-74 yaşlı 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
