MN-in milyonluq mənimsəmə ilə bağlı həbs edilən sabiq idarə rəisi hökmdən kassasiya şikayəti verib
sizinxeber.az xəbər saytı

MN-in milyonluq mənimsəmə ilə bağlı həbs edilən sabiq idarə rəisi hökmdən kassasiya şikayəti verib


Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Mahir Şirvanov barəsində olan hökmdən kassasiya şikayəti verib.

Sizinxeber.az xəbər verir ki, iş Ali Məhkəmənin hakimi Nazim Mövsümovun icraatına verilib.

Məhkəmə prosesi mayın 14-nə təyin olunub.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin ötən il sentyabrın 9-da çıxardığı hökmə əsasən, Mahir Şirvanov 3 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, qismən təmin olunub.
Mahir Şirvanov Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Təqsirləndirilən şəxs dövlət büdcəsindən ayrılan pulu mənimsəməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə başlayıb
MN-in sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib
MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə məhkəmə başlayıb
MN-nin mənimsəmə ittihamı ilə həbs olunmuş sabiq vəzifəliləri barədə olan hökmlərdən apellyasiya protesti verilib
Müdafiə Nazirliyinin sabiq idarə rəisinin cəzası ağırlaşdırlıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər