Gürcü spiker: USAID-in fəaliyyətləri indi Avropa İttifaqının müxtəlif paytaxtları arasında bölünüb
sizinxeber.az xəbər saytı

Gürcü spiker: USAID-in fəaliyyətləri indi Avropa İttifaqının müxtəlif paytaxtları arasında bölünüb


Əvvəllər USAID, NED və digər oxşar təşkilatlar tərəfindən görülən işlər indi ya birbaşa Brüsseldən maliyyələşən təşkilatlar, ya da Avropa İttifaqının müxtəlif paytaxtları arasında bölünüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

"ABŞ-nin yeni administrasiyasının saxtakarlıqlarını və başqa ölkələrdə sabitliyin pozulmasını təşkil etməsini ifşa etdiyi USAID, NED və digər oxşar təşkilatlar tərəfindən görülən işlər indi ya birbaşa Brüsseldən maliyyələşən təşkilatlar, ya da Avropa İttifaqının müxtəlif paytaxtları arasında bölünüb. Biz artıq gürcü xalqına, Gürcüstan hökumətinə qarşı çoxşaxəli hücumun şahidi oluruq. Son vaxtlar baş tutan bu səfərlər, onların marionetlərinə müvafiq göstəriş və tapşırıqlar alması üçün təşkil etdikləri tur, son nəticədə bizim üçün bir sınaqdır. Başqa ölkələrin sabitliyi pozan şəbəkələr tamamilə məhv edilməlidir, rebrendinq edilməməlidir. Əvvəllər USAID adlanan qurum indi Avropa Demokratiya Fondu adlandırılmamalıdır", - Şalva Papuaşvili bildirib.

Oxşar xəbərlər

Gürcü nazir: USAID və digər donorların yanlış istiqaməti dayandırılıb
Kobaxidze: USAİD-in maliyyəsi xeyriyyə məqsədlərinə istifadə edilməyib
Gürcü spiker: Müxalifət dövlət çevrilişi ssenarisini izləyir
Papuaşvili: Brüsselin Gürcüstanla danışıqlara başlamaması açıq-aşkar qisas əlamətləri daşıyır
Gürcü spiker: Bəzi Avropa siyasətçiləri zorakılığı sülh adlandırır, bu elədirsə, qoy, öz paytaxtlarında hər gün olsun

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər