SEPAH ABŞ-nin Küveytdəki hərbi bazasına PUA hücumu edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
iy
2026
08:00
0
0
1 684
ff aaaaaaa

SEPAH ABŞ-nin Küveytdəki hərbi bazasına PUA hücumu edib

22 iy, 2026
08:00
1 684

SEPAH ABŞ-nin Küveytdəki hərbi bazasına PUA hücumu edib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveytdəki hərbi bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

"Report" xəbər verir ki, bu barədə SEPAH-a istinadən "Tasnim" agentliyi məlumat yayıb.

"Küveytin Əl-Doha hərbi bazasında yerləşən Amerika ordusunun sursat anbarlarına və quru qoşunlarının logistik idarəetmə mərkəzinə PUA ilə zərbə endirilib", - məlumatda bildirilib.

Qeyd olunub ki, Küveytin paytaxtının (Küveyt) sahilyanı rayonu olan Əl-Doha ABŞ-nin ən mühüm hərbi bazalarından biridir:

"Əl-Doha həmçinin Yaxın Şərqdə yerləşdirilmiş Amerika hərbçiləri üçün dəstək mərkəzidir. Burada ABŞ quru qoşunları, eləcə də hərbi dəniz qüvvələri, aviasiyasının texnika və şəxsi heyəti yerləşdirilib".

Xatırladaq ki, ABŞ ordusu İrandakı hərbi hədəflərə zərbələr endirib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul