Gürcü spiker: Müxalifət dövlət çevrilişi ssenarisini izləyir
Müxalifət dövlət çevrilişi ssenarisini izləyir və konstitusion quruluşa qarşı gedir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili keçirdiyi brifinqdə deyib. O, Gürcüstan xalqının bu cür fəaliyyətləri dəstəkləməyəcəyini əlavə edib.
“Hər şey eynilə bizim daha əvvəl də dediyimiz kimi müxalifət tərəfindən yazılmış ssenari üzrə gedir. Biz bunu ona görə deyirdik ki, onlar texniki hökumət barədə danışırdılar. Biz bunu 90-cı illərdən və digər ölkələrdən də xatırlayırıq, onlar hakimiyyəti güc yolu ilə ələ keçirəndə texniki hökumət qururlar. Ona görə də onlar bütün bu ssenariyə hazırlaşıblar. Onlar seçkiləri qeyri-legitim elan etmək, texniki hökumət qurmaq, bir sözlə, bu mövzuda hər şeyə hazırlaşıblar. Onların izlədiyi çevriliş ssenarisidir və bu, əlbəttə ki, konstitusion quruluşa və demokratik seçkilərə ziddir. Gürcü xalqı belə fəaliyyətlərin ardınca getməyəcək”, - Papuaşvili deyib.
Oxşar xəbərlər
Parlament sədri: Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan prezideti seçkilərdən əvvəl “texniki hökumət”i təqdim edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Spiker: Müxalifət Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək istəyirdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir bir ay içərisində Gürcüstan Prezidentinin impiçment olunacağını vəd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












