İranın zərbələri nəticəsində 100-ə yaxın ABŞ hərbçisi yaralanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
iy
2026
08:15
0
0
1 199
ff aaaaaaa

İranın zərbələri nəticəsində 100-ə yaxın ABŞ hərbçisi yaralanıb

21 iy, 2026
08:15
1 199

İranın zərbələri nəticəsində 100-ə yaxın ABŞ hərbçisi yaralanıb

İyul ayında İranın Yaxın Şərqdə amerikalı hərbçilərin yerləşdiyi bazalara endirdiyi zərbələr nəticəsində 100-ə yaxın ABŞ hərbi qulluqçusu yaralanıb.

Oxu.Az bu barədə "CBS News" teleşirkətinə istinadən xəbər verir.

Məlumata əsasən, yaralananların əksəriyyəti artıq xidmətə qayıdıb. ABŞ hərbi nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell "CBS News"un verdiyi məlumatın həqiqətə uyğun olduğunu təsdiqləyib.

"2026-cı il iyulun 7-dən bəri 100-ə yaxın hərbi qulluqçunun bu və ya digər dərəcədə xəsarət aldığı müəyyən edilib. Bununla belə, onların 96%-i xidmətini davam etdirməyə qayıdıb", - deyə Parnell bildirib.

O iddia edib ki, yaralılar əsasən yüngül kəllə-beyin travması alıblar.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul