Papuaşvili: Brüsselin Gürcüstanla danışıqlara başlamaması açıq-aşkar qisas əlamətləri daşıyır
“Transparency International”ın dərc etdiyi qlobal korrupsiya indeksi Brüsselin riyakarlığını və ikili standartlarını bir daha təsdiqləyir.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Facebook" paylaşımında qeyd edib.
Papuaşvili vurğulayıb ki, bəzi avropalı rəsmilər Gürcüstanda geriləmə olduğunu aşılamağa çalışsalar da, faktlar bunun əksini göstərir.
"Gürcüstan Avropa İttifaqının yeddi üzvünü, NATO üzvü olan 11 ölkəni qabaqlayır. Aİ üzvlüyünə namizədlərə gəlincə, təxmin edin biz neçə nəfəri qabaqlayırıq? Hər kəsi. Brüsselin Gürcüstanla danışıqlara başlamaması sadəcə ədalətsizlik deyil, bu artıq açıq aşkar siyasi qisas əlamətləri daşıyır" - deyə Papuaşvili yazıb.
Oxşar xəbərlər
Papuaşvili xarici ölkələrin səfirlərini Gürcüstanın daxili işlərinə müdaxilədə günahlandırıb
Şalva Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçilib
Gürcüstan parlamentinin sədri Azərbaycan xalqına başsağlığı verib
Papuaşvili: AŞPA öz fundamental dəyərlərinə qayıtmalıdır
Parlament sədri: Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













