Heqset: ABŞ İrana qarşı əməliyyatda 37 milyard dollardan çox xərcləyib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
iy
2026
03:00
ff aaaaaaa

Heqset: ABŞ İrana qarşı əməliyyatda 37 milyard dollardan çox xərcləyib

22 iy, 2026
03:00
330

Heqset: ABŞ İrana qarşı əməliyyatda 37 milyard dollardan çox xərcləyib

ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirmək üçün xərcləri hazırkı vaxta qədər təxminən 37,5 milyard dollar təşkil edir.

"Report" xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset bildirib.

"Hazırkı vaxta qədər xərclər 37,5 milyard dollar olaraq qiymətləndirilir", - o bildirib və əlavə edib ki, bu məbləğə əməliyyatın keçirilməsi üçün bütün xərclər, eləcə də sentyabrın 30-dək olan dövr üçün hərbi qulluqçulara ödənişlər daxildir.

Daha əvvəl "NBC News" telekanalı mənbələrə istinadən xəbər verib ki, ABŞ İrana qarşı əməliyyatın keçirilməsinə ümumilikdə 80 milyard dollardan 100 milyard dollara qədər vəsait xərcləyə bilər.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıb. İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazına aid hissədə əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək İslam Respublikasına genişmiqyaslı zərbələri bərpa edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul