Kobaxidze Özbəkistana səfər edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Özbəkistana rəsmi səfərə gedib.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan hökumət administrasiyasının mətbuat xidməti yayıb.
Məlumata əsasən, rəsmi səfər çərçivəsində Gürcüstanın Baş nazirinin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Baş nazir Abdulla Aripov və digər rəsmilərlə görüşləri nəzərdə tutulub.
Səfər çərçivəsində Daşkənddə iki ölkənin hökumət üzvlərinin iştirakı ilə Gürcüstan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclası keçiriləcək.
Gürcüstanın Baş naziri Özbəkistana Respublikasına səfərində onun birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, idman naziri Şalva Qoqoladze və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyyəti müşahidə edir.
Oxşar xəbərlər
Kobaxidze Azərbaycana gəlir
Kobaxidze Qazaxıstana səfər edib
İrakli Kobaxidzenin Azərbaycana səfər proqramı açıqlanıb
Kobaxidze Ermənistana səfər edib
Gürcüstanın Baş nazirinin Prezident İlham Əliyevlə təkbətək görüşü gözlənilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
İradə İmanbəyliyə vəzifə verildi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM












