Zelenski Avropanın Ordusunu yaratmağı təklif edib
Ukrayna Prezidenti Vladimir Zelenski Münxen Təhlükəsizlik Konfransındakı çıxışında Avropanın Ordusunu yaratmağı təklif edib.
O bildirib ki, Rusiyanı dayandırmaq üçün Avrozona ölkələrinin orduları kifayət etməyəcək.
Ukraynanın lideri bu məqsədlə silah-sursat, hərbi təlimlər, sanksiyalar, maliyyə dəstəyi, siyasi təzyiq üsullarından istifadənin zəruri olduğunu deyib.
V. Zelenskinin daha bir açıqlaması isə Belarusla bağlı olub. Belə ki, o kəşfiyyat məlumatlarına əsasən yay aylarında Rusiya ordusunun 150 min nəfərlik şəxsi heyətinin NATO ölkələrinə qarşı hücumlar məqsədilə Belarusa göndəriləcəyini deyib.
“Bizdə bununla bağlı dəqiq kəşfiyyat məlumatları var. Rusiya həmin addımını hərbi təlimlərlə izah edəcək. Xatırlayırsınızsa, üç il əvvəl də hadisələr analoji şəkildə başlamışdı. Nəticədə Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edildi. NATO üzvü olan üç ölkə ilə həmsərhəd Belarus Rusiyanın hərbi əməliyyatları üçün plasdarm rolundadır”.
Oxşar xəbərlər
Ukrayna Prezidenti: Nüvə silahı istəmirik, vaxtında imtina etdiyimizə görə, müharibə ilə qarşılaşdıq
Alman kəşfiyyatı NATO və Aİ-yə kiberhücumların arxasında Rusiyanın dayandığını açıqlayıb
Zelenski: Tramp müharibəni tez bitirmək istədiyini açıqlayıb
Zelenski: ABŞ-nin Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyi müsbətə doğru dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
BFMTV: İyunun 17-də Versal sarayında Trampın şərəfinə rəsmi qəbul veriləcək
