Avropa Parlamentində Gürcüstanla bağlı debat keçiriləcək
sizinxeber.az xəbər saytı

Avropa Parlamentində Gürcüstanla bağlı debat keçiriləcək


Yanvarın 21-də Avropa Parlamentində Gürcüstanla bağlı debat keçiriləcək.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən Avropa Parlamentində planlaşdırılan debatın mövzusu Gürcüstan və Belarusda “siyasi iğtişaşlar və davam edən repressiya”dır.

Əlavə olaraq, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasına da Gürcüstanda keçirilən parlament seçkilərinin qiymətləndirilməsinə dair hesabat təqdim olunacaq. Avropa Şurası Parlament Assambleyasının qış sessiyası yanvarın 27-dən 31-dək Strasburqda keçiriləcək. Sessiyanın ilk günündə Gürcüstanda oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin qiymətləndirilməsinə dair hesabat təqdim olunacaq.

Hesabatın təşəbbüskarı AŞPA nümayəndə heyətinin rəhbəri Yulian Bulaydır.

Oxşar xəbərlər

Avropa Parlamentində Gürcüstanla bağlı debat keçiriləcək, Zurabişvilinin iştirakı gözlənilir
Avropa Parlamentində "Gürcüstandakı demokratik geriləmə" müzakirə ediləcək
Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul edib - YENİLƏNİB
Avropa Parlamenti bu gün Gürcüstanla bağlı qətnamə qəbul edəcək
Noyabrın 25-də Gürcüstanın 11-ci çağırış parlamentində ilk iclas keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər