Türkiyədə helikopter xəstəxanaya çırpılıb , 4 nəfər ölüb - VİDEO - FOTOLENT - YENİLƏNİB-2
Səhiyyə Nazirliyinə məxsus təcili yardım helikopteri Muğla Sıtkı Koçman Təhsil və Araşdırma Xəstəxanasına çırpılaraq bağçaya çırpılıb.
Sizinxeber.az TRT Haberə istinadən xəbər verir ki, qəzada təcili yardım helikopterində olan 2 pilot, 1 həkim və 1 personalın həyatını itirdiyi öyrənilib.
Bu barədə Muğla valisi İdris Akbıyıki məlumat verib. Xəstəxanada zərərçəkən olmayıb.
İlkin ehtimala görə hadisəyə qatı duman səbəb olub. Helikopter Antalyaya xəstə dalınca getmək istəyirmiş.
***
12:05
Türkiyənin Muğla bölgəsini Menteşe rayonunda Səhiyyə Nazirliyinə məxsus helikopter Muğla Təhsil və Araşdırma Xəstəxanasının üst mərtəbəsinə düşüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Hurriyet” məlumat yayıb.
Qəza nəticəsində zədələnən helikopter xəstəxananın yaxınlığındakı boş əraziyə düşüb. Hadisə yerinə çoxlu sayda qruplar göndərilib. Qəzada ölən və yaralananların olub-olmaması ilə bağlı rəsmi açıqlama verilməyib.
Helikopterin xəstəxanaya çırpılması nəticəsində binanın fasadındakı şüşələrin sındığı görünüb.
Xəbərə fotolar və video əlavə edilib.
***
11:41
Türkiyənin Muğla bölgəsində Təhsil və Araşdırma Xəstəxanasına çırpılan helikopter yaxınlıqdakı boş əraziyə düşüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Məlumata görə, xilasedici qruplar hadisə yerində işlərini davam etdirir.
Oxşar xəbərlər
Türkiyədə helikopter xəstəxanaya çırpılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə helikopter xəstəxana binasına çırpılıb, ölənlər var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-də helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












