Gürcüstanda restoranda 12 nəfərin meyiti tapılıb
Gürcüstanın Qudauri munisipalitetində hind restoranında 12 nəfərin meyiti tapılıb.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi Qudauri qış kurort zonasında kütləvi ölüm barədə məlumat yayıb.
Qeyd olunur ki, insident kurort zonasında fəaliyyət göstərən Hindistan restoranında vaş verib. Bildirilib ki, restoranın ikinci mərtəbəsindəki yataq otağında 12 nəfərin meyiti tapılıb. Ölənlərdən biri Gürcüstan vətəndaşı, 11-i isə əcnəbidir. Onların hamısının restoranın işçiləri olduğu iddia edilir.
Versiyalardan birinə görə, 12 nəfərin ölümünə səbəb dəm qazıdır. Məlumata görə yataq otağının yaxınlığındakı qapalı yerdə olan generator ötən gün ərazidə elektrik kəsildikdən sonra işə salınıb.
İstintaqın məlumatına görə, ölənlərin meyitlərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. İstintaqın “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə aparıldığı bildirilib.
Hadisə yerində məhkəmə-tibbi ekspertiza cəlb olunub.
Oxşar xəbərlər
Qaxda keçmiş məhkumun çürümüş meyiti tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nərimanov rayonunda mənzildə 1 nəfərin meyiti tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda küçədə 69 yaşlı kişinin meyiti tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda, iki uşaq atasının tövlədə meyiti tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda iki uşaq atasının tövlədə meyiti tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












