Gürcüstanın baş naziri Aİ səfirini dezinformasiya yaymaqda ittiham edib
Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) bu ölkədəki səfiri Pavel Gerçinskini hakim “Gürcü Arzusu” partiyasına qarşı əks-təbliğatda və guya ölkənin Avrointeqrasiya prosesini qəsdən dayandırdığı ilə bağlı dezinformasiya yaymaqda ittiham edib.
Sizinxeber.az-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə o, keçirdiyi brifinq zamanı danışıb.
"Təəssüf ki, ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına Avropa İttifaqının nümayəndəsi Pavel Gerçinski də qoşulub. P. Gerçinski seçkilərə qədər deyirdi ki, Gürcüstanın Avropa İttifaqına inteqrasiya məsələsi dayandırılıb, indi isə deyir ki, bu prosesi guya Gürcüstan hökuməti öz təşəbbüsü ilə dayandırıb”.
Qeyd edək ki, bir qədər əvvəl İ. Kobaxidze Gürcüstanın Avropa İttifaqına üzvlüyü məsələsinin 2028-ci ilədək gündəlikdən çıxarıldığını bildirib. O həmçinin Aİ-ni bu məsələdən ölkəsinə qarşı şantaj aləti kimi istifadə etməkdə günahlandırıb.
P. Gerçinski bu bəyanatı rəsmi Tbilisinin Avrointeqrasiya mövqeyindən geri çəkilməsi kimi qiymətləndirib.
Oxşar xəbərlər
Kobaxidze: Gürcüstanın məqsədi 2030-cu ilə qədər Aİ üzvü olmaqdır
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib
Kobaxidze: Biz artıq həlledici qələbəni təmin etmişik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
-
Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib
-
UNEC-də Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr edilmiş tədbir keçirilib
-
Sumqayıtda 91 yaşlı qadın 9-cu mərtəbədən yıxılaraq ölüb
-
Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır
-
Mingəçevirdə yük maşını piyadanı vuraraq öldürüb