Zelenski: Rusiya Ukraynanı 120 raket və 90 dronla atəşə tutub
sizinxeber.az xəbər saytı

Zelenski: Rusiya Ukraynanı 120 raket və 90 dronla atəşə tutub


17 noyabrda Rusiya Ukraynaya 120 raket və 90 dron göndərib.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski teleqramda açıqlayıb.

“Ukraynanın bütün bölgələrinə kütləvi zərbə endirilib. Bu gecə və səhər saatlarında Rusiya Tərəfi müxtəlif tipli, xüsusən də “Şahid” tipli dronlardan istifadə ediblər. Qanadlı, ballistik və aeroballistik raketlər: sirkonlar, “İskəndər”lər, “Kinjal”lar. Ümumilikdə, təxminən 120 raket və 90 dron”, – dövlət başçısı söyləyib.

Zelenski hava hücumundan müdafiə qüvvələrinin “140-dan çox hava hədəfini məhv etdiyini” vurğulayıb.

O, hədəfin Ukraynanın enerji infrastrukturu olduğuna diqqət çəkib: “Təəssüf ki, zərbələrdən və qalıqların düşməsindən obyektlərə ziyan dəyib”.

Vladimir Zelenski Mıkolaevdə dron hücumu nəticəsində iki nəfərin öldüyünü, daha altı nəfərin, o cümlədən iki uşağın yaralandığını açıqlayıb.

“Hazırda işıqsız qalan ərazilərimiz var”, – o deyib.

Zelenski hava hücumunun dəf edilməsi zamanı Qərbin ötürdüyü F-16 qırıcılarının da iş başında olduğunu bildirib.

Oxşar xəbərlər

Zelenski Rusiyanın Ukraynanı 120 raket və 90 dronla atəşə tutduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Şimali Koreya işğalda olan ərazilərimizdə Rusiya hərbçilərinə təlim keçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Sentyabrda Rusiya Ukraynaya qarşı 640-dan çox “Şahed” pilotsuz təyyarəsindən istifadə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya ballistik raketlərlə Ukraynanı vurub, Zelenski 41 nəfərin öldüyünü bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər