Ursula von der Leyen NATO Baş katibi ilə görüşüb
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen NATO-nun Baş katibi Mark Rutte ilə görüşüb.
APA Avropa Komissiyasına istinadən xəbər verir ki, görüşdə Aİ və Alyans arasındakı sıx və strateji tərəfdaşlığın əhəmiyyəti müzakirə edilib.
Onlar Şimali Koreya qoşunlarının Rusiyanın işğalçılıq müharibəsinə dəstək olaraq göndərməsinin Ukraynaya qarşı müharibənin əhəmiyyətli dərəcədə genişlənməsinə, Avropanın təhlükəsizliyinə və qlobal sülhə ciddi təhdid olduğunu vurğulayıblar.
Onlar, həmçinin avtoritar dövlətlərin dünya səhnəsində artan iddialılığını müzakirə ediblər: "Bu dövlətlər bir çox vasitələrdən siyasi, iqtisadi, texnoloji və hərbi vasitələrdən istifadə edərək bizim ümumi maraqlarımıza, dəyərlərimizə və demokratik prinsiplərimizə meydan oxuyurlar".
Qeyd edilib ki, bu təhdid və çağırışları həll etmək üçün Von der Leyen və Rutte mövcud Aİ-NATO əməkdaşlığını gücləndirmək üçün yeni yüksək səviyyəli işçi qrupu yaratmaq barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Von der Leyen: Şimali Koreyanın Rusiyaya qoşun göndərməsi qlobal sülhü təhdid edir
Mark Rütte: Rusiyanın destruktiv addımlarının qarşısının alınması NATO-nun prioritetlərindəndir
Bayden: "Ukraynadakı münaqişə NATO-nu təhdid edir"
Ursula von der Leyen İranın İsrailə hücumunu pisləyib
Ursula von der Leyen Kiyevə gedib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
