Fransada saxlanılan Kemi Seba sərbəst buraxılıb
Oktyabrın 15-də Parisdə saxlanılan Fransanın müstəmləkəçilik siyasəti əleyhinə, eləcə də anti-imperialist mövqeyi ilə tanınan siyasi aktivist Kemi Seba azadlığa buraxılıb.
APA-nın “Le Parisien”ə istinadən xəbərinə görə, o, oktyabrın 16-da buraxılsa da, rəsmi açıqlama bu gün yayılıb.
Kemi Sebanın vəkili bildirib ki, o, regionun daxili məsələlərinə kənar müdaxilə, eləcə də xarici dövlətin xeyrinə casusluq faktları üzrə qaldırılan cinayət işi çərçivəsində dindirilib.
Yekunda məhkəmə Kemi Sebanın əməllərində cinayət tərkibinin olmadığına qərar verib.
Qeyd edək ki, bir müddət əvvəl Fransanın Afrikadakı müstəmləkələrində əhaliyə qarşı həyata keçirdiyi radikal tədbirlərə etirazların öncül simalarından olan Kemi Seba Bakıda keçirilən Fransa Müstəmləkə Siyasəti Əleyhinə Beynəlxalq Konfsanda da iştirak edib. Tədbir çərçivəsində o, APA informasiya agentliyinə müsahibə verib.
Xatırladaq ki, Kemi Seba Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır. O, eyni zamanda Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir.
1981-ci ildə Fransanın Strasburq şəhərində doğulub.
O, Fransanın müstəmləkəçilik siyasətinin Afrika ölkələrinə, habelə dənizaşırı ərazilərə vurduğu ziyanı açıq və kəskin şəkildə tənqid etdiyinə və pislədiyinə görə Fransanın “qara siyahı”sına salınıb. Fransa K. Sebanı susdurmaq üçün bir neçə dəfə həbs edib, istədiyinə nail olmadıqda isə onu Fransa vətəndaşlığından məhrum edib.
Fransanın bu addımına cavab olaraq bir sıra Afrika ölkəsi Kemi Sebaya diplomatik immunitet verib.
“URGENCES PANAFRICANISTES” QHT-sinin rəhbəri, Niger dövlət başçısının Xüsusi müşaviri olan Kemi Seba bu gün müxtəlif sosial şəbəkələrdə geniş izləyici kütləsinə malikdir. Onun “Facebook”da 1.3 milyon, “Tiktok”da 370 000, “İnstaqram”da 306 000, “X”də 280 000, “Youtube”-da isə 230 000 izləyicisi var.
Oxşar xəbərlər
Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan siyasi fəal Kemi Seba Parisdə saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kemi Seba "Afrikada Fransanın Neokolonializm Siyasəti" konfransında məruzə ilə çıxış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tanınmış aktivist: Fransa yeni müstəmləkəçilik siyasəti yeridir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa Afrika xalqlarının hüquqları uğrunda mübarizəni boğa bilmədi: Kemi Seba azadlıqda [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Təşəbbüs Qrupu Kemi Sebanın Fransada qeyri-qanuni saxlanılmasını pisləyib - BƏYANAT [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












