Bakı Təşəbbüs Qrupu Kemi Sebanın Fransada qeyri-qanuni saxlanılmasını pisləyib - BƏYANAT
Bakı Təşəbbüs Qrupu Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanın Fransa hüquq mühafizə orqanları tərəfindən qeyri-qanuni saxlanılmasına dair bəyanat yayıb.
APA xəbər verir ki, Bakı Təşəbbüs Qrupu Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanın Fransa hüquq mühafizə orqanları tərəfindən qeyri-qanuni saxlanılmasını qətiyyətlə pisləyib.
Bəyanatda bildirilib ki, bu qanunsuz addım yalnız şəxsi azadlıq və insan hüquqlarına qarşı kobud bir pozuntu deyil, həm də Afrika xalqlarının neo-kolonializmə qarşı mübarizəsinə və suverenlik hüququna yönəlmiş bir təzyiq kimi qiymətləndirilməlidir:
"Kemi Seba, uzun illər ərzində neo-kolonializm siyasətlərinə qarşı çıxan və Afrikanın müstəqillik uğrunda apardığı mübarizədə önəmli simalardan biridir. Onun saxlanılması, ifadə və siyasi fəaliyyət azadlığının pozulması olmaqla yanaşı, Fransanın Afrikada mövcudluğunu və təsirini qeyri-legitim yollarla davam etdirməyə çalışdığını bir daha sübut edir. Bu cür hərəkətlər, Fransa dövlətinin hələ də müstəmləkə dövrü təfəkküründən çıxmadığını və öz hegemonluğunu qorumağa çalışdığını göstərir.
Kemi Seba siyasi məhbusdur və onun saxlanılması birbaşa siyasi fəaliyyəti ilə əlaqədardır.
Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti, insan hüquqları müdafiəçilərini və beynəlxalq təşkilatları bu qanunsuz hərəkəti qınamağa və Fransa hökumətini Kemi Sebanı dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq. Hər bir şəxsin qanunlar çərçivəsində hərəkət azadlığı toxunulmazdır və heç bir dövlətin güc tətbiq edərək insanları bu hüquqdan məhrum etmək haqqı yoxdur.
Afrika xalqlarının öz gələcəklərini azad və ədalətli şəkildə müəyyən etmək hüququ təmin olunmalı və onların suverenliyinə qarşı edilən hər hansı müdaxilə qəti şəkildə rədd edilməlidir.
Biz, Bakı Təşəbbüs Qrupu olaraq, bu hadisəni Fransanın Afrikada uzun illərdir davam edən neo-kolonial siyasətinin bir təzahürü kimi görür və regionda həqiqi dekolonizasiya prosesinin başladılması üçün qlobal səviyyədə həmrəylik nümayiş etdirilməsinə çağırırıq".
Oxşar xəbərlər
Tanınmış fəal Kemi Seba Parisdə saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kemi Seba: Fransa Afrikada müstəmləkəçilik siyasətini davam etdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kemi Seba "Afrikada Fransanın Neokolonializm Siyasəti" konfransında məruzə ilə çıxış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kemi Seba: Bakıya müqəddəratımızı təyin etmək uğrunda mübarizəmizi davam etdirmək üçün gəlmişik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Təşəbbüs Qrupu Bakıda Mayot adası ilə bağlı konfransdan sonra beynəlxalq təşkilatlara məktub göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












