Britaniya qeyri-qanuni miqrantların sayına görə Avropada birinci yerdədir
Avropada ən çox qanunsuz miqrant Böyük Britaniyada yaşayır.
Sizinxeber.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” Oksford Universitetinin mütəxəssislərinin araşdırmasına istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Böyük Britaniyada 745 minə qədər qeyri-qanuni miqrant var ki, bu da Fransadan təxminən 2.5 dəfə çoxdur. Fransada bu rəqəm 300 minə yaxındır.
Bu göstərici üzrə ikinci yeri 700 minə qədər qeyri-qanuni miqrantın yaşadığı Almaniya tutur.
İlin əvvəlindən Böyük Britaniyaya 26,6 min qeyri-qanuni miqrant La-Manş boğazı boyunca şişmə qayıqlarla gəlib ki, bu da eyni dövr üçün 2023-cü ilin göstəricilərindən 5% çoxdur.
Oktyabrın 5-də krallığa qeyri-qanuni yollarla 973 nəfər daxil olub ki, bu da bu ilki gündəlik göstəricidə rekord həddir.
Baxmayaraq ki, bu mövzu “Brexit”in əsas səbəblərindən biri idi Böyük Britaniyada qeyri-qanuni miqrasiya problemi ölkənin Avropa İttifaqından çıxmasından sonra daha da pisləşib. 2018-ci ildən bəri 130 minə yaxın qeyri-qanuni miqrant La-Manş boğazını keçərək krallığa daxil olub.
İyulun 4-də keçirilən parlament seçkilərindən sonra ölkənin Leyboristlər Partiyası tərəfindən qurulmuş hökuməti Böyük Britaniyaya qanunsuz miqrant axınının qarşısını almaq üçün Aİ dövlətləri ilə əməkdaşlığı gücləndirəcəyini vəd edib.
Oxşar xəbərlər
Bir gündə Britaniyaya 500-ə yaxın qeyri-qanuni miqrant gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniyanın Baş naziri Meloni ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kipr ilin əvvəlindən yeddi minə yaxın miqrantı deportasiya edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Britaniya miqrant axını ilə bağlı vəziyyətin daha da pisləşə biləcəyini etiraf edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ hökuməti miqrantlar üçün humanitar giriş proqramını uzatmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












