G-7 İrandan Rusiyaya raket və PUA tədarükünü dayandırmağı tələb edib
sizinxeber.az xəbər saytı

G-7 İrandan Rusiyaya raket və PUA tədarükünü dayandırmağı tələb edib


G-7 ölkələrinin xarici işlər nazirləri İran hakimiyyətini Rusiyaya ballistik raketlər göndərdiyinə görə qınayıblar.

APA xəbər verir ki, bu barədə XİN rəhbərlərinin birgə bəyanatında deyilir.

“İran Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni müharibəsinə dəstəyini dərhal dayandırmalı, Ukraynanı və daha geniş əraziləri birbaşa təhdid edən ballistik raketlər, PUA-lar və hərbi texnologiyaların tədarükünü dayandırmalıdır”, - bəyanatda deyilir.

Bəyanatda həmçinin qeyd olunur ki, G-7 ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəklədiyinə görə İranı məsuliyyətə cəlb etmək üçün əllərindən gələni edirlər.

Bu xüsusda, bir sıra Avropa ölkələri, eləcə də ABŞ İran hakimiyyətinə qarşı yeni sanksiyalar tətbiq edib.

Oxşar xəbərlər

Fransa, Almaniya və Britaniya Rusiyaya ballistik raket tədarükünə görə İrana sanksiyalar tətbiq edəcək
Almaniya, Fransa və Britaniya “Iran Air”ə qarşı sanksiyalar tətbiq edəcək
Aİ Rusiyaya ballistik raketlər verdiyinə görə İranın aviasiya sektoruna sanksiyaları nəzərdən keçirir
Blinken: Rusiya İrandan aldığı ballistik raketləri bir neçə həftə ərzində Ukraynaya qarşı istifadə edəcək
KİV: İran Rusiyaya 200 ədəddən çox ballistik raket göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər