Pavel Durov məhkəməyə aparılmaq üçün polis nəzarətindən azad edilib - YENİLƏNİB
“Telegram”ın təsisçisi Pavel Durov məhkəməyə aparılmaq üçün polis nəzarətindən azad edilib.
Sizinxeber.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Onun məhkəməyə aparılmaq üçün həbsdən azad edildiyi bildirilir.
O da qeyd edilir ki, Durov ilk dəfə dindiriləcək və ona qarşı ittihamlar da irəli sürülə bilər.
Bundan əvvəl Fransa prokurorluğu Durova qarşı aparılan istintaqı şərh edib. Bildirilib ki, “Telegram”-ın təsisçisi bu işdə yeganə müttəhimdir.
***
16:55
"Telegram"ın yaradıcısı Pavel Durov məhkəməyə gətirilib.
Sizinxeber.az AFP-yə istinadən xəbər verir ki, onun daha 48 saat nəzarət altında qalıb-qalmamasına qərar veriləcək.
Pavel Durovun öz telefonuna giriş imkanı yaradacağı halda azadlığa buraxıla biləcəyi qeyd olunub.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisdə saxlanılıb.
Oxşar xəbərlər
Pavel Durov Paris məhkəməsinə gətirilib
Pavel Durov azad edilib
"Telegram"ın yaradıcısı Pavel Durov Fransada saxlanılıb
Pavel Durov daha 48 saat Fransa polisinin nəzarətində qalacaq
Pavel Durov məhkəməyə gətirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













