Tramp: ABŞ Panama kanalının Çinin nəzarətinə keçməsinə imkan verməyəcək
sizinxeber.az xəbər saytı

Tramp: ABŞ Panama kanalının Çinin nəzarətinə keçməsinə imkan verməyəcək


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Panama kanalının Çinin nəzarətinə keçməsinə yol verməyəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Amerika lideri Şimali Dakota ştatında çıxışı zamanı bildirib.

"İndi isə Çin Panama kanalını nəzarət altına almağa çalışır. Biz buna imkan verməyəcəyik", - Tramp bildirib.

O, həmçinin kanalın Panamaya verilməsi ilə əlaqədar təəssüfünü ifadə edib.

"Biz onu Panamaya verdik. Onlar isə xeyli pul qazandılar. Bu nə qədər də axmaqlıq idi. Bu, bizim indiyədək yaratdığımız hər şeyin ən bahalısıdır və ən gəlirlisidir", - ABŞ Prezidenti vurğulayıb.

Tramp həmçinin Panama kanalı üzərində Amerikanın nəzarətini bərpa etmək niyyətində olduğunu dəfələrlə bəyan edib. Onun fikrincə, bu strateji əhəmiyyətli su yolunda Çinin kommersiya iştirakı ABŞ-nin təhlükəsizliyinə və ticarət maraqlarına təhlükə yaradır.

Qeyd edək ki, Panama kanalı 1914-cü ildə istismara verilib, Birləşmiş Ştatlar tərəfindən tikilib və uzun müddət onların nəzarəti altında olub. Torrixos-Karter (Müqavilələr ABŞ Prezidenti Cimmi Karter və Panama lideri Ömər Torrixos tərəfindən 7 sentyabr 1977-ci ildə Vaşinqtonda imzalanıb) müqaviləsinə əsasən, kanalın idarə edilməsi mərhələli şəkildə Panamaya təhvil verilib. Proses 1999-cu ildə başa çatıb. Razılaşma kanalın neytral statusunu təsbit edib və onun beynəlxalq gəmiçilik üçün açıq olduğuna zəmanət verib.

Oxşar xəbərlər

Tramp: Panama kanalının Çinin nəzarətinə keçməsinə imkan verməyəcəyik
Tramp Panama kanalına nəzarəti bərpa edəcəyinə söz verib
Rusiya XİN: Tramp və Panama rəhbərliyi müzakirələrdə Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmət etməlidir
Panama Prezidenti Trampın su kanalı ilə bağlı iddialarını rədd edib
Rubio: ABŞ-nin Panama kanalı ilə bağlı gözləntiləri eyni olaraq qalır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər