Aİ ölkələri Rusiyaya qarşı 17-ci sanksiya paketinin razılaşdırılmasına başlayıb
Aİ ölkələri Rusiyaya qarşı 17-ci sanksiya paketinin razılaşdırılmasına başlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Daimi Nümayəndələr Komitəsinin bu günə olan iclasının gündəliyində deyilir.
Avropa Komissiyası 17-ci sanksiya paketini birlik ölkələrinə ötən həftə təqdim edib. “Bloomberg” agentliyinin daha əvvəl bildirdiyinə görə, AK 60 fiziki şəxsi və təşkilatı, Rusiya neftini daşıyan 150 tankeri qara siyahıya daxil etməyi təklif edir.
"Səfirlər Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozduğuna görə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirəcəklər", - sənəddə qeyd olunub.
AK bu paketin Aİ xarici işlər nazirlərinin mayın 20-də keçiriləcək görüşündə təsdiqlənməsinə çalışır.
Oxşar xəbərlər
Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayır
Aİ-nin Rusiyaya qarşı 17-ci sanksiya paketinə 150 tanker daxil ediləcək
Aİ Rusiyaya qarşı 16-cı sanksiya paketini təsdiqləyib
Aİ-nin Rusiyaya qarşı 16-cı sanksiya paketinə dair təkliflər sabah müzakirə ediləcək
Aİ Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













