Zelenski: Ukrayna Putinlə birbaşa danışıqlara hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi müharibənin diplomatik yolla başa çatdırılması üçün istənilən formatda, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazırdır.
Sizinxeber.az xəbər verir ki, Zelenski bu barədə Kiyevdə NATO-nun baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, ABŞ ilə danışıqlar prosesi davam etsə də, Vaşinqtonun əsas diqqəti hazırda İrana yönəlib. Zelenski vurğulayıb ki, Rusiyanı müharibəni dayandırmağa məcbur edə biləcək ən güclü təsir rıçaqları ABŞ-ın əlindədir.
Ukrayna lideri qeyd edib ki, sülh prosesində həm ABŞ, həm də Avropanın iştirakı vacibdir və Kiyev müharibəni bitirəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırdır.
“Bu müharibəni başa çatdırmaq üçün Putinlə birbaşa danışıqlara hazıram”, – deyə Zelenski bildirib.
Oxşar xəbərlər
Zelenski Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib
Zelenski: Putinlə Ankarada da, İstanbulda da görüşməyə hazıram
Zelenski: Biz Putinlə üçtərəfli görüşlərə hazırıq
Zelenski: Ukrayna istənilən formatda danışıqlara hazırdır
Zelenski: Üçtərəfli görüş üçün hazırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropa çempionatı: Azərbaycanın minifutbol yığması bu gün yarımfinalda Serbiya ilə qarşılaşacaq
-
Delhidə restoranda baş verən yanğın nəticəsində 10 nəfər ölüb
-
Boliviyanın müdafiə naziri etirazlar fonunda istefa verib
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
DÇ-2026-da ən çox futbolçu ilə "Mançester Siti" təmsil olunacaq
-
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
