ABŞ Dövlət Departamenti: İsrail və Livan atəşkəs barədə razılığa gəlib
İsrail və Livan nümayəndə heyətləri ABŞ-dəki danışıqların nəticələrinə əsasən, atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair razılığa gəlib.
"Report" xəbər verir ki, bu barədə hər iki tərəfin ABŞ Dövlət Departamentinin mətbuat xidməti tərəfindən dərc edilmiş birgə bəyanatında deyilir.
Bəyanatın mətninə əsasən, İsrail və Livan nümayəndə heyətləri iyunun 2-3-də Vaşinqtonda danışıqlar aparıblar.
"ABŞ-nin vasitəçiliyi ilə danışıqlar prosesinin yekunlarına əsasən, İsrail və Livan atəşkəs rejiminin həyata keçirilməsi barədə razılıq əldə edib", - sənəddə vurğulanır.
Sənədə əsasən, əldə olunmuş razılaşmalar Livanın radikal "Hizbullah" hərəkatı tərəfindən atəşin tam dayandırılmasını, eləcə də "Hizbullah"ın bütün silahlı birləşmələrinin Litani çayından cənubdakı zonadan çıxarılmasını nəzərdə tutur.
Bundan başqa, Beyrut bütün ölkə ərazisi üzərində effektiv nəzarəti bərqərar etmək üçün Vaşinqtonun dəstəyi ilə Livan Silahlı Qüvvələrinin potensialını artırmağı öhdəsinə götürüb.
Oxşar xəbərlər
Livan və İsrail təhlükəsizlik sahəsində uzunmüddətli sazişi müzakirə edir
Tramp: İsrail və Livan 10 günlük atəşkəsə razılaşıb
KİV: Livan və İsrail aprelin 11-də atəşkəs elan edə bilər
İsrail-Livan danışıqlarında irəliləyiş olsa, atəşkəs uzadıla bilər
Livan Prezidenti İsrail qoşunlarının ölkədən tam çıxarılmasını tələb edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropa çempionatı: Azərbaycanın minifutbol yığması bu gün yarımfinalda Serbiya ilə qarşılaşacaq
-
Delhidə restoranda baş verən yanğın nəticəsində 10 nəfər ölüb
-
Boliviyanın müdafiə naziri etirazlar fonunda istefa verib
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
DÇ-2026-da ən çox futbolçu ilə "Mançester Siti" təmsil olunacaq
-
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
