Aİİ liderləri Ermənistanda Aİ-yə qoşulmaqla bağlı referendum keçirilməsini dəstəkləyiblər
sizinxeber.az xəbər saytı

Aİİ liderləri Ermənistanda Aİ-yə qoşulmaqla bağlı referendum keçirilməsini dəstəkləyiblər


Avrasiya İqtisadi İttifaqı (Aİİ) liderləri hesab edirlər ki, Ermənistanda Avropa İttifaqına qoşulmaq və ya Aİİ-də qalmaqla bağlı ümumxalq referendumu keçirilməlidir.

Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunan Rusiya, Belarus, Qırğızıstan və Qazaxıstan liderlərinin Ermənistanla bağlı bəyanatında bildirilib.

Bəyanatda xüsusən də Avrasiya Hökumətlərarası Şurasının üzvlərinin dekabr ayında Aİİ müqaviləsinin dayandırılmasının Ermənistan üçün mümkün nəticələri barədə hesabat verəcəkləri qeyd olunub.

Bildirilib ki, liderlər Ermənistanda Aİ-yə qoşulmaq və ya Aİİ-də qalmaqla bağlı referendum keçirilməsini dəstəkləyirlər

Həmçinin bəyanatda Ermənistanın Aİ-yə üzvlük hazırlıqlarının Aİİ dövlətlərinin iqtisadi təhlükəsizliyi üçün ciddi risklər yaratdığı vurğulanıb.

Oxşar xəbərlər

Aİİ liderləri Ermənistanda Aİ-yə qoşulmaqla bağlı referendumu keçirilməsini dəstəkləyiblər
Astanada Aİİ sammiti keçirilir, Ermənistanın Aİ-yə qoşulmaq planlarının müzakirəsi gözlənilir
Rusiya hökuməti: Ermənistanın Avropa İttifaqı ilə ticarəti Avrasiya İqtisadi İttifaqından dəfələrlə azdır
Overçuk: Aİ-yə daxil olması Ermənistan üçün Avrasiya İqtisadi İttifaqı bazarını bağlayacaq
Peskov: Ermənistan Avropa İttifaqına yalnız öz hesabına inteqrasiya edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər