Astanada Aİİ sammiti keçirilir, Ermənistanın Aİ-yə qoşulmaq planlarının müzakirəsi gözlənilir
sizinxeber.az xəbər saytı

Astanada Aİİ sammiti keçirilir, Ermənistanın Aİ-yə qoşulmaq planlarının müzakirəsi gözlənilir


Astanada Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilir.

APA-nın Rusiya bürosu xəbər verir ki, əvvəlcə Ali Avrasiya İqtisadi Şurasının məhdud tərkibdə iclası baş tutub.

İclasda Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan və Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri Bakıtjan Saqintayev iştirak ediblər.

Rusiya tərəfindən iclasfa baş nazirin müavini və Avrasiya İqtisadi Komissiyası Şurasının üzvü Aleksey Overçuk və prezidentin köməkçisi Yuri Uşakov iştirak edirlər.

Dövlət başçılarının bağlı qapılar arxasında Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarını müzakirə edəcəkləri gözlənilir.

Daha sonra iclas Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Kubanın vitse-prezidenti Salvador Valdes Mesa və İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Atabakın iştirakı ilə geniş tərkibdə davam etdirələcək.

Oxşar xəbərlər

Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
Rusiya hökuməti: Ermənistanın Avropa İttifaqı ilə ticarəti Avrasiya İqtisadi İttifaqından dəfələrlə azdır
İranın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bağlı müraciətə baxılıb
Putin Qazaxıstana səfər edib
Overçuk: Aİ-yə daxil olması Ermənistan üçün Avrasiya İqtisadi İttifaqı bazarını bağlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər