Avropa çempionatı: Azərbaycanın minifutbol millisi İtaliyanı məğlub edərək növbəti mərhələyə yüksəlib
sizinxeber.az xəbər saytı

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi İtaliyanı məğlub edərək növbəti mərhələyə yüksəlib


Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.

"Sizinxeber.az"un Bratislavaya ezam olunan əməkdaşının məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci oyununda İtaliya seçməsini məğlub etməklə buna nail olub.

"Tipos Arena"dakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 3:0. Qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar.

Beləliklə, Azərbaycan millisi pley-offa yüksəlib.

Qrupun digər qarşılaşmasında Fransa Avstriyanı üstələyib -3:1.

Xatırladaq ki, ötən gün Avstriyaya minimal hesabla (1:0) qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq. Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.

Oxşar xəbərlər

Elşad Quliyev: "Qrup mərhələsini birinci pillədə bitirmək istəyirik"
Azərbaycanın minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb
Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"
Avropa Kuboku: Azərbaycan millisi ikinci görüşündə də məğlub olub
Elşad Quliyev: "Avstriya ilə oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər