IMF Mərkəzi Banka konsolidasiya edilmiş nəzarətə keçidi və maliyyə təhlükəsizliyinin gücləndirilməsini tövsiyə edir
Kapital adekvatlığının yüksək göstəriciləri və mənfəətlilik səviyyəsi Azərbaycanın bank sisteminin dayanıqlı olduğunu təsdiqləyir.
"Sizinxeber.az"un Beynəlxalq Valyuta Fonduna (IMF) istinadən xəbər verir ki, mövcud zəif tərəflər prudensial tənzimləmə və maliyyə təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi istiqamətində yeni addımların atılmasını zəruri edir.
"Eyni zamanda, kredit və depozit portfellərinin həddindən artıq konsentrasiyası, həmçinin davam edən yüksək maliyyə dollarlaşması hələ də müəyyən risklər təşkil edir. Dövlət orqanları Bazel III standartlarının tətbiqini və Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının (FSAP) tövsiyələrinin icrasını davam etdirməlidir.
Xüsusilə - sistem baxımından əhəmiyyətli bankların (D-SIB) möhkəmliyinin artırılması, risk əsaslı konsolidasiya edilmiş nəzarət modelinin yaradılması, maliyyə təhlükəsizliyi mexanizmlərinin möhkəmləndirilməsi, təcili likvidlik təminatı alətinin (ELA) yenilənməsi sahələrində işlər görülməlidir", - IMF ekspertləri bildiriblər.
Fondun analitikləri son vaxtlar təsdiq olunmuş normativ sənədləri müsbət dəyərləndirir. Bu sənədlər Bazel III standartları çərçivəsində kapital tələblərinin tətbiqinə istiqamətlənib, o cümlədən təyin edilmiş sistem riski kateqoriyasından asılı olaraq D-SIB üçün əlavə kapital buferlərinin müəyyənləşdirilməsini ehtiva edir və onların 2027-ci ilin yanvar ayında tam olaraq qüvvəyə minməsi nəzərdə tutulur.
Analitiklərin fikrincə, Azərbaycan Mərkəzi Bankı (AMB) kifayət qədər nəzarət resurslarının qorunması məqsədilə 2026-cı ildə tətbiqinə start verilməsi nəzərdə tutulan risk əsaslı nəzarət sisteminin tam fəaliyyətə başlamasına nəzarəti təmin etməlidir: "Sonrakı addım kimi AMB-nın bank sektorunun sabitliyini artırmaq üçün konsolidə olunmuş nəzarət modefinə keçməsi məqsədəuyğun hesab olunur".
IMF mütəxəssisləri maliyyə sisteminin sağlamlaşdırması metodologiyasının qəbul edilməsini və bir neçə sistem əhəmiyyətli bank üçün tənzimləmə planlarının hazırlanmasının başa çatdırılmasını yüksək qiymətləndirir. Bundan əlavə, AMB-nin müflisləşmənin tənzimlənməsi və depozitlərin sığortalanması sahəsindəki səlahiyyətlərini genişləndirən qanunvericilik dəyişikliklərinin qəbul edilməsinə ümid bəsləyirlər.
"Mərkəzi Bank IMF-in texniki yardımından faydalanır, eyni zamanda qanunvericilik və normativ aktlara düzəlişlər üzrə layihələri araşdırır. ELA sahəsindəki islahatların reallaşdırılması AMB-nin bank sistemində likvidlik gərginliyi ilə əlaqədar vəziyyətlərə müdaxilə imkanlarını artıracaq", - hesabatda vurğulanıb.
Oxşar xəbərlər
IMF Azərbaycanın bank sektorunun daha dayanıqlı olması üçün 4 istiqamət təklif edib
IMF AMB-yə inflyasiya təzyiqi davam etdikdə uçot dərəcəsini artırmağı tövsiyə edib
IMF Azərbaycana maliyyə nəzarətini gücləndirməyi və Mərkəzi Bankın müstəqilliyini artırmağı tövsiyə edir
AMB: Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir
Azərbaycan və Türkiyə maliyyə sektorunda risk əsaslı nəzarət sisteminin qurulmasını müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
-
Amerikalı nazirdən İrana xəbərdarlıq: Vaşinqtonun səbri sonsuz deyil
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
