Azərbaycanda manatla geniş pul kütləsi 14 %-dən çox artıb
Bu ilin mayın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 50 milyard 168,1 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,4 %, ilin əvvəli ilə müqayisədə 0,6 %, 2025-ci ilin eyni dövrünə nisbətən 6,3 % çoxdur.
O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 40 milyard 480,4 milyon manat olub ki, bu da aylıq müqayisədə 1,2 %, ilin əvvəli ilə müqayisədə 0,2 %, ötən ilin eyni dövrünə nisbətən 14,2 % çoxdur.
Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 31 milyard 555,2 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 0,2 % çox, ilin əvvəli ilə müqayisədə 1,9 % az, ötən ilin eyni dövrünə nisbətən 12,4 % çoxdur.
Mayın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 18 milyard 331,9 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,2 % az, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən ilin eyni dövrünə nisbətən 14,2 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycanda geniş mənada pul kütləsi 4 %-dən çox artıb
Azərbaycanda geniş mənada pul kütləsi 8 %-ə yaxın artıb
Azərbaycanda manatla geniş pul kütləsi 7 % artıb
Azərbaycanda manatla geniş pul kütləsi 3 %-dən çox artıb
Azərbaycanda manatla geniş pul kütləsi 1 %-dən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
-
Amerikalı nazirdən İrana xəbərdarlıq: Vaşinqtonun səbri sonsuz deyil
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
