İtaliyanın xarici işlər naziri: "İrandakı səfirliyimiz fəaliyyətini Bakıda davam etdirəcək"
sizinxeber.az xəbər saytı

İtaliyanın xarici işlər naziri: "İrandakı səfirliyimiz fəaliyyətini Bakıda davam etdirəcək"


İtaliya Tehrandakı səfirliyini müvəqqəti bağlayıb, diplomatik missiya fəaliyyətini Bakıdan davam etdirəcək.

Sizinxeber.Az xəbər verir ki, bununla bağlı İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani "X" hesabında paylaşım edib.

"Təhlükəsizlik məqsədilə İtaliyanın Tehrandakı səfirliyini bağladıq. İtaliyanın İrandakı səfirinin rəhbərliyi ilə təxminən 50 həmvətənimiz artıq Azərbaycanla sərhədi keçib. İranda qalan italyanların və milli maraqlarımızın müdafiəsi üçün Tehranla diplomatik münasibətləri saxlamağa davam edəcəyik. Səfirlik isə fəaliyyətinə Bakıdan davam edəcək", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, ötən gün İtaliyanın İrandakı səfiri Paola Amadei və diplomatik nümayəndəliyin əməkdaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunublar.

İtaliyanın xarici işlər naziri: İrandakı səfirliyimiz fəaliyyətini Bakıda davam etdirəcək

Oxşar xəbərlər

İtaliya 2012-ci ildən sonra Suriyaya ilk səfir təyin edib
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
Britaniya İrandakı diplomatik missiyasının əməkdaşlarını təxliyə edib
İran XİN rəhbərinin müavini Azərbaycanın Tehrandakı səfirliyini ziyarət edib
Türkiyə səfiri Azərbaycanın İrandakı səfirliyini ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər